Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı

Dişlərin müalicəsi

 Terapevtik stomatologiya: Ağız boşluğu və dişlərin müxtəlif xəstəlikləri, funksional və anatomik pozğunluqların (defektlərin) profilaktikası və müalicəsi, əmələ gələn qüsurların bərpası və dişlərin müalicəsi ilə məşğul olan stomatologiya sahəsidir.
Endodontiya: Diş pulpasında əmələ gələn xəstəliklərin (pulpit, periodontit və s.) müalicəsi ilə məşgul olan terapevtik stomatologiyanın bir sahəsidir.

Ortopedik stomatologiya: Diş-çənə sisteminin inkişaf anomaliyalarının, qüsurlarının, anatomik və funksional pozğunluqlarının xüsusi üsullarla profilaktika və müalicəsi ilə məşğul olan stomatologiya sahəsidir. Müasir ortopedik stomatologiya öz inkişafını ibtidai diş-protez texnikasından götürmüşdür.Ortopedik stomatologiyada tədbiq olunan diş protezləri, diş cərgəsinin qüsurlarının həm anatomik formasını, həm də onun funksiyasını bərpa edir.

Uşaq stomatologiyası: Süd dişləri və qarışıq dişləm əsnasında əmələ gələn xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olan stomatologiya sahəsidir.

Ortodontiya: Ortodontiya diş sıralarının anomaliyalarının müalicəsi ilə məşğul olan ortopedik stomatologiyanın ixtisaslaşmış sahəsidir.

Parodontologiya: Dişətrafı toxumaların xəstəliklərinin profilaktikası, müalicəsi və bərpası ilə məşğul olan stomatologiya sahəsidir.





Çap et  Çap et