Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı

Endokrinologiya

 Endokrinologiya şöbəsinin çarpayı fondu 24 çarpayılıqdır. 

İl ərzində hospitala qəbul edilən xəstələrin təqribən 7-8 %-i endokrinologiya şöbəsinin payına düşür. 

Dünyanın “pandemiyası” kimi qəbul edilmiş metabolitik sindrom və şəkərli diabet xəstəliyi bu sahənin yüksək səviyyədə inkişaf etdirilməsi zərurətini yaradır. Son zamanlar qalxanabənzər vəz və digər endokrinoloji xəstəliklərin sürətlə artması endokrinologiya şöbəsinin də işinin nə qədər məsuliyyətli olduğunu bir daha sübut edir. 

Şöbədə həm mülki, həm də rütbəli olmaqla şöbə müdirindən əlavə 3 həkim fəaliyyət göstərir. Azərbaycanın, Rusiya, Türkiyə və Avropanın qabaqcıl klinikalarında təcrübə kursu keçmiş savadlı, bacarıqlı həkim kollektivi istər Daxili İşlər Nazirliyinin əməkdaşları, onların ailə üzvləri və təqaüdçülərinin, istərsə də digər kontingentin sağlamlığının keşiyində əzmlə dayanmışlar. Qayğıkeş, məsuliyyətli tibb bacılarının əməyi də bu şöbədə onların bir daha əvəzsiz rol oynadıqlarının bariz nümunəsidir.





Çap et  Çap et