Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı

Uronefrologiya

Endoskopik urologiya

 Urologiyada endoskopik müayinə və cərrahi xidmət tibb elminin digər sahələrinə nisbətən daha tez başlamış və böyük uğurlara malik olmuşdur. Uroloji orqanların çoxunun öz aralarında müxtəlif yollarla bir-biri ilə bağlı olması endoskopiyanın icrasını urologiyada olduqca asanlaşdırır. Bu gün inkişaf etmiş ölkələrin müasir klinikalarında urologiya demək olar ki, endoskopik cərrahi xidmətdən ibarətdir. Sidik ifrazı sisteminin istənilən orqanına endoskopik üsulla çatmaq, orada əməliyyat aparmaq mümkündür.

DİN-nin A.N.Heydərov adına Respublika Hospitalının Uronefrologiya şəbəsi ən müasir avadanlıqlarla təmin olunmuş endoskopik kabinetə, sarğı otağına, distansion dalğa zərbə litotripsiya bölməsinə, Avropa standartlarına uyğun olan uroloji əməliyyatxanaya və 20-ə yaxın stasionar çarpayıya malik bir şöbə kimi formalaşmışdır.Şöbənin həkimləri Rusiya-Türkiyə-Avropa Uroloji məktəblərində ixtisaslaşmış, 15-20-30 illik təcrübəyə malik olan, elmli, müasir mütəxəssislərdir. Şöbənin üç həkimi Avropa Uroloqlar cəmiyyətinin üzvüdür.
Hal-hazırda şöbənin həkimləri tərəfindən aparılan uroloji xidmətlər:

1. Açıq cərrahiyyə
Böyrək və sidik axarlarında cərrahiyyə əməliyyatları (daş, şiş, plastik əməliyyatlar)
Sidik kisəsinin şişləri, daşları, divertikulları
Prostat vəzininin hiperplaziyası
Xayalarda əməliyyatlar (hidrosele, varikosele, orxiektomiya, orxipeksiya)
Hipospadiya, sirkumsiziya
Qasıq-xayalıq yırtıqları
Əməliyyatdan sonrakı yırtıqlar

2. Endoskopik müdaxilələr
Sistoskopiya, uretrosistoskopiya
Qapalı prostat cərrahiyyəsi ( TUR, biopolyar, monopolyar)
Sistolitotripsiya
Sidik axarları daşlarının endoskopik parçalanması
Uroterorenoskopiya
Double J kateterinin taxılması, çıxarılması
Uretra darlıqlarının müalicəsi
Retroqrad intrarenal cərrahiyyə
Perkutan nefrolitolapaksiya

3. Kişi sonsuzluğu
Kişi cinsiyyət orqanlarının US diaqnostikası
Sidiyin, spermanın, prostat şirəsinin laborator müayinəsi
Cinsi hormonların təyini
Prostatın, toxum kisəciyinin, xaya və artımlarının xroniki iltihabı proseslərinin patogenetik medikamentoz və fizioterapevtik müalicəsi (maqnit-infraqırmızı-lazer müalicəsi, interferens terapiya, pnevmomasaj, elektrofarez, ultrafonofarez, rectal mikrodalğalı terapiya, krioterapiya və.s)
İmpotensiyanın diaqnostikası və patogenetik müalicəsi
Prostatın kistalarının, abseslərin transrektal punksiyası

4. Uronefroloji xəstələrin diaqnostikası (kliniki-laborator-instrumental) və patogenetik müalicəsi (medikamentoz və geniş aspektdə fizioterapevtik)
Son illərdə Hospitalın uroloji şöbəsinin həkimləri tərəfindən 1000-ə yaxın endoskopik uroloji əməliyyat aparılıb.





Çap et  Çap et