Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Hospitalda nalabənzər böyrəyin daşlarını sidik kanalından böyrəyin kasa – ləyən sisteminə daxil olmaqla parçalayıb xaric etmək əməliyyatı aparıldı.

28.03.2018

Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalında nalabənzər böyrəyin daşlarını sidik kanalından böyrəyin kasa – ləyən sisteminə daxil olmaqla uğurla parçalayıb xaric etmək əməliyyatı aparıldı.

Xəstə Məmmədov A., 41 yaşında, uzun müddət sol bel və qarın nahiyyəsində olan ağrılardan əziyyət çəkdiyi üçün DİN Hospitalına müraciət etmiş və müayinə zamanı xəstənin nalabənzər böyrəyin sol tərəfində 8x7 mm və 5 mm ölçüdə daşlar aşkar edilmişdir.

Xəstəyə son 3 il ərzində həmin böyrəyin daşlarına görə iki dəfə uğursuz dalğa – zərbə litotripsiyası aparılmış, bir dəfə açıq cərrahi və ayrıca endoskopik əməliyyat icra edilmişdir. Xəstənin daşlarını xaric etmək və ağrılardan qurtarmaq üçün retroqrad intrarenal cərrahiyyə üsulundan istifadə etmək qərara alındı. Lazım olan müayinələr və hazırlıqdan sonra xəstə əməliyat otağına alındı və endotraxeal anesteziya altında sol böyrəyə yumşaq əyiləbilən endoskop salındı. Bu tip əməliyyatlar zamanı daşı böyrəyin içində tapmaq üçün xüsusi, ucu cərrahın kontrolu ilə hər tərəfə 270°-yə qədər əyiləbilən, endoskopdan istifadə edilir. Endoskop nəzarəti altında sol böyrəkdəki daşlar tapıldı və xüsusi səbətlə alınaraq daha rahat parçalana bilən kəsaya yerləşdirilərək lazerlə dağıdıldı.

Əməliyyat DİN Hospitalın məsləhətçi uroloqu, t.ü.f.d. Məmmədov Rəşad tərəfindən icra edilmişdir.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az