Aşağı ətraf venalarının varikoz genişlənməsinin müasir kosmetik cərrahi müalicə üsulu – Venaların Endovazal Lazer Ablasiya üsulu (EVLK)

10.12.2016

 Artıq bu əməlyyatlara hospitalımızda Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində, Gülhanə Eyitim və Araşdırma xəstəxanasında xüsusi kurs keçmiş cərrah tibb  üzrə fəlsəfə doktoru Eminov Vüsal Lətif oğlu tərəfindən uğurla start verilmişdir.
 

Alman alimləri tərəfindən işlənib hazırlanmış üsul axır 10 ildə aşağı ətraf venalarının cərrahi müalicəsində uğurla istifadə edilir.
 
EVLK – venoz damarların daxilindən olmaqla termik təsir ilə onların obliterasiya prosesidir.
 
USM kontrolu ilə vena mənfəzinə kateter yeridilir və koaqulyasiya olunur. 

Məqsəq venaların diod lazerinin köməkliyi ilə fibroz transformasiyası və dekompensasiya mərhələsində olan venaların patoloji qan axınının davamlı aradan götürülməsidir.
  
EVLK – ın üstünlükləri:

1.    Kosmetik effekt, dəridə yara və tikişlərinin olmaması
2.    Travmatikliyin az olması
3.    Narkoza ehtiyacın olmaması, yerli keyitmə altında əməliyyat icra ediliməsi
4.    Trofiki yaralar 3-7 gün ərzində sağalır (ölçüsündən asılı olaraq), əmək qabiliyyəti səhəri gün bərpa olunmağa başlayır.
5.    Əməliyyat ambulator olaraq 30-40 dəqiqə müddətində aparılır, xəstə həmin gün evə yazılır.

 

Hospitalımızda EVLK üsulu ilə aşağı ətrafların varikoz genişlənməsi xəstəliyindən azad olmaq üçün müraciət etməyə tələsin.  

 

Virtual Karabakh Justice for khojaly