DİN Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalında endotraxeal anesteziya altında ATU-nun Urologiya kafedrasının müdiri, ə.e.x., professor S.B.İmamverdiyev tərəfindən "Sidiklik uşaqlıq yolu fistulasının ləğvi. Sağ tərəfli ureterosistoneostomiya" əməliyyatı aparıldı.

28.06.2016

Urogenital fistulalar 19-cu əsrin sonlarına qədər bütün dünyada geniş yayılmışdı. Daha sonralar Avropa və Amerikada ginekologiyanın inkişafı,doğuşların yerli xəstəxanalarda olması,doğuş ağırlaşmaların, urogenital fistulaların sürətlə azalmasına gətirib çıxarıb.Buna baxmayaraq 45 yaşdan böyük qadınların 35% "sidik saxlamamazlığından" əziyyət çəkiimamverdiyev r, bunun da birinci səbəbi, urogenital fistulalardır (Timothy Mc Kinney 2012).
Urogenital fistulalar qadınlarda sidik yolları və qadın cinsi orqanları arasında meydana gələn patoloji əlaqədir. Bu zaman sidik yollarından vaginaya, ordan isə xaricə axaraq daimi qeyri iradi sidik axmasına səbəb olur. Gecə gündüz sidiyin axması qadınların sosial həyatına pis təsir göstərərək, onların cəmiyyətdən uzaqlaşmasına ,ailə həyatlarının pozulmasına, tərk edilməyə gətirib çıxarır. 
DİN Tibb İdarəsinə bilavasitə tabe olan  A.Heydərov  Respublika  hospitalında  bu  xəstəliyə görə müalicə olunan xəstələrdən birini təqdim etmək istərdim.   H.Elmira 2016 ilin fevral ayında DİN Hospitalına sidik ifrazının qeyri iradı uşaqlıq yolundan axması şikayətləri ilə müraciət etmişdir.Özünü altı aydır xəstə hesab edirdi. Xəstəliyin başlanmasını 2015 ilin oktyabr ayında kecirilən ginekoloji əməliyyat ilə əlaqələndirirdi. 2015 ilin oktyabr ayında uşaqlıq yolun Hartman kistasının ləğvi əməliyyatı aparılmışdır. Xəstə əməliyyatdan 10 gün sonra sidiyin uşaqlıq yolundan axmasını müşahidə etmişdir. DİN Hospitalında aparılan sistoskopiya zamanı  sağ sidik axarı mənfəzi nahiyəsində deffekt aşkarlandı. Aparılan laborator-instrumental müayinələrin nəticələrinə əsasən "Sidiklik uşaqlıq yolu fistulası" diaqnoz qoyuldu.
Xəstəyə 02.03.2016 tarixdə  endotraxeal anesteziya altında ATU-nun Urologiya kafedrasının müdiri, ə.e.x., professor S.B.İmamverdiyev tərəfindən "Sidiklik uşaqlıq yolu fistulasının ləğvi. Sağ tərəfli ureterosistoneostomiya" əməliyyatı aparıldı. Əməliyyat fəsadsız, əməliyyatdan sonrakı dövr sakit kecib. Əməliyyatdan sonrakı 7 sutkada xəstə kafi vəziyyətdə evə buraxıldı. Artıq 14-cü sutkada Foley kateteri çıxarıldı , sonrakı dövrdə sidiyin uşaqlıq yolundan axması müşahidə olunmadı. Növbəti aylarda təkrar müayinələr aparıldı və ümumi vəziyyəti qənaətbəxş olaraq qiymətləndirildi. Hal hazırda  Elmira xanım normal həyat tərzinə qayıtdı.

Virtual Karabakh Justice for khojaly