Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Prostat vəzin xoşxassəli böyüməsi (adenoması) zamanı Tulium Lazerlə transuretral vaporezeksiya əməliyyatı

19.01.2015

Prostat vəzin adenomasının cərrahi müalicəsində son 3 - 4 ildə ən böyük populyarlıq bu əməliyyat qazanmışdır.

Tulium Lazerlə prostat vəzin adenomasının götürülməsinin özəlliyi ondan ibarətdir ki – tam qansız bir əməliyyatdır. Prostat vəzin adenomasının ölçüsünün böyük olması, xəstənin hər hansı səbəbdən qan durulducu (aspirin tipli) dərmanların qəbulu hallarda  klassik TUR əməliyyatı zamanı və əməliyyatdan bir neçə həftə sonra çox ciddi qanaxma halları baş verirsə, Tulium Lazerlə prostat vəzin adenomasına görə aparılan əməliyyat zamanı bu cür hallarda qanaxmaya rast gəlinmir.

DİN hospitalda Tulium Lazerlə prostat vəzinin adenoması zamanı sidik ifrazı aktının yaxşılaşdırılması üçün həm vaporizasiya həm də enukleo-rezeksiya əməliyyatları geniş aparılır. Bu əməliyyat zamanı sidik kanalı vasitəsi ilə sidikləyə rezektoskop adlanan, video-görüntüləmə sisteminə bağlı olan endoskopik cihaz salınır. Sidik kisəsi və sidik kanalı təftiş olunduqdan sonra prostat vəzin böyümüş hissələri Tulium Lazer enerjisi vasitəsi ilə buxarlandırılır və ya soyularaq xaric edilir. Xəstə əməliyyatdan 1-2 gün sonra xəstəxanadan evə buraxılır.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az