Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Anesteziya zamanı BİS analizinin aparılması

17.12.2014

 Müasir anesteziologiyanın aktual problemlerindən birinci və vacibi əməliyyat zamanı anesteziyanın adekvatlığının monitorinqidir.

Çox vaxt istifadə olunan anestetiklərin təsiri xəstənin mərkəzi və periferik hemodinamikası parametrlərin əsasında qurulur.

Bu göstəricilər demək olar ki, orqanizmin ağrıya qarşı gücləndirilmiş noseptiv impulsasiya qarşılıqlı reaksiyanın cavabının təsvir edir. Bəzi hallarda hemodinamik göstəricilərin az informativ olduğundan bir cox alimlər anesteziyanın dərinliyini və adekvatlığını qiymətləndirmə məqsədilə mərkəzi sinir sistemi (MSS), elektroensefaloqrafiya metodu ilə (EEQ) funksional aktivliyini (fəallığını) təklif edirlər.

EEQ analizi əsasında qurulan ən yeni metod sayılan BİS (bispektral indeks) ABŞ “Aspekt Medikal Sistem” şirkəti tərəfindən ixtira edilmiş və patentləşmişdir.

BİS parametri (dərmanların, preparatların konsentrasiyasını yox, MSS-nin funksional vəziyyətini huş və yuxu sedasiyasının dərinliyini təsvir edir. BİS EEQ-in spektral və bispektral rejimində alınan parametrlərin orjinal mürəkkəb hesablamalar əsasında alınan empirik göstəricidir.

Əsas üstünlüyü xəstənin sedasiya səviyyəsinin 0%-dən-100%-dək rəqəmsal təsvir olunmasıdır.

 

 BİS göstəricisinin dəyişilməsi istifadə olunan hipnotiklərin miqdarı ilə korreladsiya edir.

Məsələn BİS-45% olduqda umumi narkozun dərinliyi qaneedici göstərici kimi qəbul edib, intubasiya ücün əlverişli sayılır.

BİS-əsasən anesteziyanın hipnotik komponentin qöstəricisi olsa da analgeziya zəif olduqda MSS-nə daxil olan noseptiv impulsasiya və ağrı reaksiyasından xəbər verir.

Əməliyyatlar zamanı anesteziyanı  düzgün aparılması BİS- göstəricini “təhlükəsiz sərhədlər”-45-60% səviyyəsində saxlanılması vacibdir.
BİS ümumi anesteziyanın adekvat aparılmasının qiymətləndirilməsində yeni effektiv metoddur. Onun istifadəsi pasientin anesteziya zamanı sedasiyasının  dərinliyini nəzarət etməyə imkan verir və əməliyyat dövründə xəstənin oyanması və ya anesteziyanın normadan artıq dərinləşməsinin qabağını almaq olur.

BİS-indeksi əsasında əməliyyat növündən və etaplarından  asılı olaraq (giriş narkozu, əsas narkoz dövrü) istifadə olunan anestetiklərin optimallaşmasına imkan yaradır, xəstənin narkozadan vaxtında oyanmasında istifadə  olunan bahalı narkoz preparatları, sərfiyyatın azalmasında və əməliyyatdan sonra reabilitasiasında kömək edir.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az