Nevropatoloq


 Quliyeva Aygün İbad qızı – həkim nevropatoloq


 AR DİN-nin A.Heydərov adına Respublika Hospitalının Nevrologiya şöbəsinin rəisi.

Aygün Quliyeva 1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirərək,
1992-1996-cı illərdə Şuşa MRX-nın Poliklinikasında sahə həkimi işləmişdir.

1996-1997-ci illərdə DİN-in Tibb İdarəsində həkim-inspektor vəzifəsində işləmişdir.

1998-2009-cu illərdə AR DİN-in A.Heydərov adına Respublika Hospitalının Reabilitasiya şöbəsində həkim-nevropatoloq kimi fəaliyyət göstərir. 

2009-cu ildən indiyədək Hospitalın Nevrologiya şöbəsində işləyir.

 2014-cü ildən Nevrologiya şöbəsinn rəisi vəzifəsində çalışır.

Aygün Quliyeva AR Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunda Nevropatologiya ixtisası üzrə 1997-ci ildə 4 aylıq,  2004 və 2011-ci illərdə 2 aylıq,  2006-cı ildə 1 aylıq təkmilləşmə kursları keçmişdir.  O, 2009-cu ilin avqust ayında Türkiyə Respublikasının İstanbul şəhərində “Memorial” xəstəxanasında Nevrologiya və Neyro-fiziologiya ixtisasları üzrə iş təcrübəsi  keçmişdir.
 


 

Nevrologiya şöbəsinin baş ordinatoru Sultanova İnara Həbib qızı.

 1986-cı ildə  N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə daxil olmuşdur.

1992-ci ildə Tibb Universitetini bitirib, 5 N-li xəstəxanada  bir illik kliniki internatura kursu keçmişdir.1994-cü ildən  A.Heydərov adına  Respublika hospitalında, əvvəlcə   reabilitasiya şöbəsində,

2003-cü ildən hal-hazıra qədər nevroloqiya şöbəsində həkim-nevroloq kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda 1994-cü-ildə 4 aylıq; 1997-ci ildə 4 aylıq;

2005-ci ildə 4 aylıq; 2011-ci ildə 3 aylıq nevrologiya üzrə; psixiatriya üzrə təkmilləşdirmə kurslarında olmuşdur.


 

Virtual Karabakh Justice for khojaly