USM

Kərimova Güllü Məmməd qızı.

 Tibb xidməti baş leytenantı, Azərbaycan Respublikası DİN-in A. Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin rəisi.

2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsini bitirmişdir.

2005-ci və 2011-ci illərdə Bakı şəhəri Həkimlər Təkmilləşdirmə İnstitutunda, 2013-cü ildə Türkiyə Cümhuriyyəti İzmir Ege Universitenin Tibb Fakultəsində ixtisasartırma kursları keçmişdir.

2002-2007-ci illərdə 3 saylı şəhər poliklinikasında həkim-kardioloq, 2007-ci ildə “İntermed” MMC-də, 2008-ci ildə “Modern Hospital”-da həkim-kardioloq və funksional diaqnostika həkimi (EKQ, EXO KQ, Tredmill-test, Holter monitoru), 2009-ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin həkim ordinator, 2014-ci ildən  həmin şöbəsinin rəisi vəzifəsində çalışır.

 

 

 

 




Əsədova  Aynur  Eldar qızı – tibb xidməti baş leytenantı

 


 Azərbaycan Respublikası DİN-in A. Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin ultrasəs müayinə həkimi.

2006-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi-biologiya fakultəsini bitirmişdir. 2006-2007-ci ildə akademik M.Qasimov adına  Respublika Xəstəxanasında internatura kursunu bitirmişdir. 

2007-2009-cu illərdə Xocalı şəhər Mərkəzı Xəstəxanasında ultrasəs müayinə  həkimi, 2009-ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsində ultrasəs müayinə həkimi vəzifəsində çalışır.

2012- ci ildə Türkiyə Cümhuriyyəti Akdəniz  Universitetinin  tibb  fakültəsi Radiologiya şöbəsində  yuxarı və aşagı ətrafların doppleroqrafiyası, süd vəzilərinin ultrasəs müayinəsi və fetal doppleroqrafiya üzrə ixtisasartırma kursları keçmişdir.

 

Virtual Karabakh Justice for khojaly