Stomatoloji cərrahiyyə

Ağız və üz-çənə cərrahiyyəsi  ilə doğuşdan və ya sonradan yaranan pozğunluqlar müvəffəqiyyətlə aradan qaldırılır. Həm cərrahı üsulların, həm də istifadə edilən cihazların inkişafı əməliyyatların etibarlılığını  artırır.

Ağız və üz-çənə cərrahiyyəsi (beynəlxalq adı ilə "Oral və maksillofasiyal cərrahiyyə") son illərdə tibbin ən çox inkişaf edən sahələrdən biri olaraq qəbul edilir. Ağız və üz-çənə cərrahiyyəsinə aiddir:

  • çənə oynağı və üz ağrıları;
  • diş implantları;
  • travma və şişlərlə bağlı çənə problemlərinin  düzəldilməsi;
  • dodaqda və damaqda olan anadangəlmə qüsurlar;
  • retensiya olmuş dişlər;
  • kist əməliyyatları
  • üz-çənə nahiyyəsinin yumşaq toxumalarının zədələnməsi və s.

Ç ənə və üzdə olan estetik pozğunluqlar doğuşdan ola bildiyi kimi, qəzalara və ya xəstəliklərə bağlı olaraq sonradan da ortaya çıxa bilər. Alt çənə ilə üst çənənin bir-birinə və üzə görə uyğun olmaması xəstələrdə həm estetik, həm də funksional narahatlıqlara gətirib çıxardır. Alt və ya üst çənənin bir-birinə görə qısa və ya uzun olması, sifətin normaldan çox uzun olması və ya qısa olması tez-tez gördüyümüz problemlər arasındadır. Qabaq dişlərin qapanmamasına yol açan çənə funksiya pozğunluğu, alt çənənin normal olmayan vəziyyətləri, üst çənənin anomaliyasına bağlı olaraq diş ətlərinin gülərkən çox görünməsi, çənə ucunun estetik pozğunluqları da cərrahi əməliyyatlarla düzəldilir.
Bu tip problemləri olan insanlar çeynəmə və danışmada problemlər yaşayırlar. İndiki vaxtda inkişaf edən texnologiya ilə bu pozğunluqların düzəldilməsi asanlaşmışdır. Həm cərrahi taktikanın, həm də istifadə edilən cihazların son illərdəki inkişafı bu əməliyyatların müvəffəqiyyətini və etibarlılığını artırmışdır.

 Ən əhəmiyyətli inkişaf, distraksiyon osteogenezisi deyilən sümük uzatma texnikasının çənə cərrahiyəsində istifadə edilməsidir. Bu üsulla uşaqlardakı anadangəlmə çənə qısalıqları və sifətin qeyri-kafi inkişafı düzəldilə bildiyi kimi, şiş və qəza nəticəsində böyük sümük itkiləri müalicə edilə bilər. Bu metodun ən əhəmiyyətli üstünlükləri, asan və təhlükəsiz həyata keçirilməsi və bədənin başqa bir yerindən sümük alınmasına ehtiyacın olunmamasıdır. Bu üsulda dəri və əzələlər də sümüklə birlikdə uzanaraq formalaşır. Sümük uzatma üsulu ilə böyük çənə anomaliyaları düzəldilə bildiyi kimi, diş implantlarının tətbiqinə mümkün olmayan çənə sümüyünün artrofiyası da müalicə edilə bilməkdədir. Zamanla azalan sümük miqdarı diş protezlerinin tətbiqini çətinləşdirməkdədir. Ağız və üz-çənə cərrahiyyəsinin tətbiqi həm bu tip problemləri, həm də implant tətbiqləri ilə dişsizlik problemini ortadan qaldırmaqdadır.

Virtual Karabakh Justice for khojaly