Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

CƏRRAHİYYƏ

Dünyanın hər yerində cərrahi xəstəliklər ənənəvi üsullarla müalicə edilirdi. Lakin son 20-30 il ərzində müasir texnologiyaların cərrahi xidmətlərə tətbiqi, cərrahi profilli xəstəliklərin videoendoskopik üsullarla müalicəsi məsələsi artıq öz uğurlu həllini tapmışdır. Endocərrahiyyənin inkişafı son illərdə bütün dünyanı fəth etməsi tibb tarixində ikinci fransız inqilabı kimi qiymətləndirilir.

Minimal invaziv cərrahiyyə - radikal cərrahiyyə əməliyyatlarını böyük kəsiklər etmədən təbii fizioloji dəliklərdən və ya boşluqlar üzərində aparılmış kiçik dəliklərdən, yəni sağlam toxumalara minimal şəkildə xəsarət yetirmək şərti ilə daxil edilmiş kamera və alətlər vasitəsi ilə müxtəlif mürəkkəblikdə qarın və döş boşluğunda, oynaqlarda, sidik-cinsiyyət sistemində burun və burun ətrafı ciblərdə, hipofiz vəzisində müalicəvi və diaqnostik proseduraların aparılmasına imkan verir.

 

 

 

 

 

Bu əməliyyatların üstünlükləri:

  

  •     az travmatikdir
  •     az invazivdir
  •     ağırlaşmalar azdır, demək olar ki yoxdur
  •     hospitalizasiya müddəti qısadır
  •     kosmetik cəhətdən effekt və daha ucuz başa gəlir

2009-cu ilin fevralında dünyanın ən yüksək standartlarına cavab verən, ən inkişaf etmiş ölkələrdə mövcud olan xəstəxanalardan heç nə ilə fərqlənməyən, bəlkə də onları qabaqlayan ən müasir avadanlıqla təchiz olunmuş, çox gözəl zövqlə tikilmiş DİN-nin Respublika Hospitalının yeni binasında xidmət sahələri müasirləşmiş, kadrlar Türkiyənin, Rusiyanın, Almaniyanın və digər Avropa ölkələrinin qabaqcıl klinikalarında hazırlanmışdır. Bunun nəticəsidir ki, endoskopik cərrahiyyə geniş vüsət almış, bütün əməliyyatların təxminən  25-30%-i endoskopik yollarla aparılır.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az