Travmatoloq

Məhərrəmov Vitali Tapdıq oğlu,  tibb xidməti polkovnik-leytenantı, travmatoloq-ortoped, travmatologiya şöbəsinin rəisi.

 1981-ci ildə Azərbaycan Dövlət Tibb Universtitetini bitirmiş, təyinatla Rusiyanın Kazan şəhəri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda, 12 saylı Kliniki xəstəxanada uzun müddət işləmişdir.

Böyüklərin və uşaqların travmatologiya və ortopediyası üzrə ixtisaslaşma kurslarını Kazan şəhəri Həkimləri Təkmilləşdirmə İnstitutunda,  klinik ordinaturanı Q.A. İlizarovun rəhbərlik etdiyi Kurqan Elmi Tədqiqat Travmatoloqiya və Ortopediya İnstitutunda keçmişdir.

1991-ci ildən Bakı şəhəri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda işləmiş, 1993-cü ildən Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyi Mərkəzi Kliniki Hərbi Hospitalında II Travmatologiya şöbəsinin rəisi vəzivəsində çalışmışdır.  

Turkiyə Cumhuriyyətinin Ağdəniz xəstəxanasında artroskopiya üzrə ixtisasartırma kursu keşmişdir.  30 ildən artıq təcrübəyə malikdir.   

 


 

 

 

 

Nəcəfov Ramil Aydın oğlu.

 2004-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirmişdir.
2004-2007-cü illərdə Rusiya Federasiyasında Sankt-Peterburq Diplomsonrası Təhsil Tibb Akademiyasının travmatologiya və ortopediya  kafedrasının kliniki ordinaturasında təhsil almışdır. 2007-ci ildə Sankt-Peterburq Dövlət Üniversitetinin qospital cərrahlığı kafedrasının aspiranturasına daxil olmuş və elmi-praktiki fəaliyyətini Sankt-Peterburq Dövlət Üniversitetində davam etdirmişdir. 2010-cu ildə həmin institutda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Rusiya, Macarıstan və Türkiyə Respublikasında ixtisasartırma kurslarında və konfranslarda iştirak etmişdir.
2011-ci ildən DİN-in Respublika Hospitalının travmatologiya şöbəsinin  ordinatoru vəzifəsində çalışır.

 


 

 

 

 

 

Tibb xidməti mayoru Quliyev Anar Bəşir  oğlu.
 2002-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə-profilaktika fakultəsini  fərqlənmə diplomu ilə bitirmişdir. 
2002-2003-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Travmatoloqiya və Ortopediya İnstitutunda internatura kursu keçmişdir.
2009-cu ildə Turkiyə Respublikasının  İstanbul şəhərindəki “Memorial” hospitalında elmi-praktiki ixtisasartırma  kursunu, 2011-cü ildə Turkiyə Respublikasının  Adana şəhərindəki “Özəl Ortopediya”  hospitalında Artroskopik cərrahiyyə və Oynaqların Endoprotezləşdirilməsi  üzrə elmi-praktiki kursunu bitirmişdir.

Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiyasiyasının (AzTOA) həqiqi üzvüdür. Hal-hazırda Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalının, Travmatoloqiya Şöbəsinin baş ordinatoru vəzifəsində çalışır.

Virtual Karabakh Justice for khojaly