LOR

Yusifov Kamil Dilavər oğlu.

 2002-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü illərdə otorinolarinqologiya ixtisası üzrə A.D. Məlikov adına 6№-lı Birləşmiş şəhər klinik xəstəxanasında internatura kursu keçmişdir.

2003-2005-ci illərdə Rusiya Federasiyasında Sankt-Peterburq Diplomsonrası Təhsil Tibb Akademiyasının otorinolarinqologiyada yüksək texnologiyalar kafedrasının kliniki ordinaturasında təhsil almışdır. 2005-ci ildə həmin kafedranın aspiranturasına daxil olmuş və elmi-praktiki fəaliyyətini Sankt-Peterburq qulaq-burun-boğaz Elmi-tədqiqat İnstitutunda davam etdirmişdir.

2007-ci ildə həmin institutda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2008-2009-cu illərdə Bakı şəhərində N.Tusi adına klinikada həkim-otorinolarinqoloq vəzifəsində çalışmışdır. Fransa, Avstriya və Türkiyə Respublikasında ixtisasartırma kurslarında və konfranslarda iştirak etmişdir. 2009-cu ildən DİN-in Respublika Hospitalının otorinolarinqologiya şöbəsinin baş ordinatoru vəzifəsində çalışır.

 

 

Əhmədov İdrak

idrak 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib.
2006 - 2011-ci illərdə Moskva vilayəti Elmi-Tədqiqat Klinik İnstitunda həkim-ordinator və aspirant vəzifələrində işləmişdir.
2011-ci ildə Moskva LOR İnstitunda Qırtlaq şişlərinin mikroçərrahi müalicəsi mövzusunda elmi işi müdafiə edərək Rusiya Federasiyasında Tibb elmləri namizədi alimlik dərəcəsi qazanmışdir.
2012 - 2015 ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında həkim otorinolarinqoloq vəzifsində işləyib.
2014-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2014 - 2015 -ci illərdə Türkiyə Cümhuriyyətində Üz Plastik cərrahiyəsi və Uşaq otorinolaringologiyasi üzrə ixtisaslaşma kecmişdir. 27 elmi məqalənin müəllifidir, 20-dən artıq elmi-praktik  konfransın iştirakçısı və məruzəcisi olmuşdur.

Virtual Karabakh Justice for khojaly