Cərrah

 

Eyvazov Şükür Məhəmməd oğlu.   
 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1998 – 1999-cu illərdə 4 saylı ŞKX – nın cərrahiyyə şöbəsində internatura keçmışdir.

 2003 – 2007-ci illərdə Türkiyə Cumhuriyyəti Gülhanə Hərbi Tibb Akademiyasında ümumi və endoskopik cərrahiyyə üzrə ixtisaslaşmışdır.
2007 – ci ildən AR DİN Respublika Qospitalının cərrahiyyə şöbəsində ordinator vəzifəsində çalışır. 2010 – cı ildə tibb elmləri namizədi alimlik dərəcəsinə iddia olunan dissertasiyanı müdafiə etmiş və AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. 2013 - 2014 - cü illərdə 6 aylıq Türkiyə Cumhuriyyəti Gülhanə Hərbi Tibb Akademiyasında laporoskopik və endoskopik cərrahiyyə üzrə ixtisasartırma kursunu keçmişdir.Türkiyə Cərrahlar Cəmiyyətinin həqiqi üzvüdür. Avropa Cərrahlar Cəmiyyətinin üzvüdür.  20-dən artıq elmi məqalənin, tezisin, səmərələşdirici təkliflərin müəllifidir. Tibb xidməti mayorudur.


 

 

 

 

 

 

 

 

Virtual Karabakh Justice for khojaly