Kardioloji şöbə

Kardiologiya şöbəsinin rəisi, tibb xidməti polkovnik, əməkdar həkim, tibb elmləri doktoru, professor Əlizadə İlqar Qulaməli oğlu.

  1980-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu Universitetinin Müalicə işi fakultəsini  bitirmişdir.
1985-ci ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın Kardioloqiya Şöbəsinin həkimi, 1988-ci ildən həmin şöbənin rəisi vəzifəsində çalışır.
1991-ci ildə Seçenov adına Moskva Tibb Akademiyasında “Hipertoniya  xəstəliyinin-kompleks müalicəsində immun sisteminin göstəricilərini nəzərə alaraq plazmaferezin istifadə olunması” mövzusunda  namizədlik dissertasiyasının  müvəffəqiyyətlə  müdafiə  etmişdir. Ekstrakorporal müalicə  üsulları və immun sisteminin öyrənilməsi, ümumən, kardiologiyanın bir çox aktual  elmi  problemlərinə dair ciddi tədqiqatlar aparmış prof. İ.Əlizadənin 1996-cı ildə  müvəffəqiyyətlə müdafiə etdiyi “Hipertoniya  xəstəliyinin  kompleks  müalicəsində  ekstrakorporal müalicə   üsulları” mövzusunda  doktorluq  dissertasiyası da  hipertoniya  xəstəliyinin müalicəsində  yeni elmi  naliyyətlərlə zənginləşdirən  qiymətli  tədqiqat  kimi kardiologiyanın öyrənilməmiş bir sahəsinin inkişafına vacib  elmi xidməti  olmuşdur.

Prof.İ.Əlizadənin əmək fəaliyyəti  bütünlüklə tibb, elm və təhsil ilə bağlıdır. 1985-1988-ci illərdə Azərbaycan Respublikasının DİN-nin hospitalının həkimi, 1988-ci ildən  hospitalın  kardiologiya şöbəsinin rəisi vəzifəsinə  təyin olunmuşdur. Tibb xidməti  polkovniki rütbəsindədir.  Müharibə  veteranıdır. 1991-ci ildə respublika ərazisinin bütövlüyü uğrunda  Qarabağ  döyüşlərini  iştirakçısı olub. 2000-2017-ci illərdə  Bakı Slavyan Universitetinin “Tibbi  biliklərin əsasları və mülkü müdafiə” kafedrasınnın əvəzçiliklə  professoru olmuşdur.

260-dan çox nəşr edilmiş elmi işin, 3 ixtiranın, 9-dan artıq kitab və monoqrafiyaların, 5 lüğətin, 4 elmi iş  toplusunun, 2  metodik tədris vsəaitinin, 18 metodik tövsiyənin  müəllifi olan İ.Əlizadə  1996-cı ildən “Heart Friendes Around the World” Beynəlxalq İtaliya Kardioloqlar Cəmiyyətinin, 2004-cü  ildən Nyu-York Elmlər Akademiyasının, 2004-cü  ildən “İnternational  Academy of  Cardiovascular Sciences” Beynəlxalq Kanada Ürək-Damar Elmlər Akademiyasının, 2008-ci ildən “Türk Kardioloji  Yeterlilik Kutulu” Türkiyə Kardioloqlar Cəmiyyətinin, 2009-cu ildən “European Society of Cardiology” Avropa kardioloqlar səmiyyətinin üzvüdür. 2001-ci ildə  maarifçilik və elmin  təbliği  sahəsində  xidmətinə görə akademik Yusif  Məmmədəliyev  adına medalla təltif edilmişdir. 2002-ci idə Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.


 

 

 

Qarayeva Nigar Tələt qızı.

 Kardiologiya şöbəsinin baş ordinatoru Tibb xidməti mayoru ,tibb elmləri namizədi
1979-1986 cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir.
1988-ci ildən DİN-nin A.Heydərov adına  hospitalında işləyir.  1992-ci  ildə İ.M. Seçenov  adina  Moskva  Tibb  Akademiyasi  nəzdində  dissertasiya  müdafiə edərək  tibb  elmləri  namizədi  dərəcəsi  almişdır. 250-dən  artiq  nəşr edilmiş  elmi  işin  və  dörd  ixtiranin  müəllifidir. Bunlardan  5 lügət, 6 monoqrafiya, 3 elmi  işlərin  toplusu, 3 tədris  vəsaiti, 2 metodik  tədris vəsaiti, 18  metodik  tövsiyyədir. 1996-ci  ildən  “Heart Friends Around the World”  Beynəlxalq  İtaliya  Kardioloqlar  Cəmiyyətinin,2002-ci  ildən “İnternational  Society  of  Hypertension”  Beynəlxalq  Hipertoniya Cəmiyyətinin, 2008-ci  ildən  “Türk  Kardioloji  Derneği” Türk  Kardioloqlar Cəmiyyətinin  üzvü, 2009-cu  ildən  “European  Society  of  Cardiology “Avropa  Kardioloqlar  Cəmiyyətinin  üzvü, 2009-cu  ildən “Medical Womens  İnternational  Association”  Beynəlxalq   Həkim  Qadinlar  Cəmiyyətinin üzvüdür.

2001-ci  ildə  maarifçilik, elmin  təbligi  sahəsində  xidmətlərinə  görə Azərbaycan  “Bilik”  Cəmiyyətinin  qərarina  əsasən  Akademik  Yusif Məmmədəliyev  adina  medalla  təltif  olunmuşdur.

Doktor Qarayeva Nigar, tibb elmləri namizədi, tibb xidməti mayoru,  kardiologiya şöbəsinin baş oirdinatoru  hal hazırda DİN-nin hospitalında, kardiologiya şöbəsində öz fəaliyyətinə davam etməkdədir.


 

 

 

Kardiologiya şöbəsinin ordinatoru Məmmədov Elmar Bəhram oğlu.

 1999-cu ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsini bitirmişdir.

1999-2000-ci illərdə C.Abdullayev adına Elmi Tədqiqat  Kardiologiya institutunda kardiologiya ixtisası üzrə internatura keçmişdir.
2000-2002-ci illərdə Füzuli bölgəsində hərbi həkim işləmişdir.
2002-2004-cü illərdə xarici özəl klinikalarda kardioloq işləmişdir.
2004-2009-cu illərdə Səudiyyə Ərəbistan Krallığının  Mədinə şəhərində King Fahad xəstəxanasında  kardioloq işləmişdir.

2009-cu ildən  DİN-in A.Heydərov adına Mərkəzi Respublika hospitalında kardioloq kimi fəaliyyət göstərir. C.Abdullayev adına Elmi Tədqiqat  Kardiologiya institutun dissertantıdır.

 


 

 

 

Kardiologiya şöbəsinin Baş ordinatoru: Qasımov Sirac Eldəniz oğlu.

 1999-2005-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini bitirmişdir.

 2006-cı ildə  C.Abdullayev adına Kardiologiya İnstitutunda internaturanı bitirərək kardioloq ixtisasını almışdır.

2007-ci ildə DİN-in Respublika Hospitalında Reanimasiya şöbəsində işə başlamış,

2009-cu ildən Kardiologiya şöbəsinin ordinatoru,2011-ci ildən isə baş ordinator vəzifəsində işləyir.

Dəfələrlə Türkiyə və Bakı şəhərinin qabaqcıl klinikalarında təcrübi kurs keçmiş, mütəxəssis-kardioloq.

 

Virtual Karabakh Justice for khojaly