Uronefroloq

 Əhədov Rüfət Fərhad oğlu.


 1993-1999-cu illər ərzində Azərbaycan Tibb Universitetinin I müalicə-işi fakültəsində təhsilini davam etdirmişdir. 
1997-1999-cu illər ərzində M.Nağıyev adına TTYX-nın reanimasiya şöbəsində tibb qardaşı kimi çalışmışdır.1999-2000-ci illər ərzində M. N. Qədirli ad. Mərkəzi Hövzə xəstəxanasında terapiya ixtisası üzrə internatura keçmişdir. 
2000-2002-ci illər ərzində Azərbaycan Respublikası Silahlı qüvvələri sırasında hərbi-həkim kimi xidmət etmişdir. 
2002-2004-cü illər ərzində M. N. Qədirli ad. Mərkəzi Hövzə xəstəxanasının təcili tibbi yardım şöbəsində səyyar-həkim kimi fəaliyyət göstərmişdir. 
2004-2007-ci illər ərzində RF-nın Sankt-Peterburq şəhərində diplomdansonrakı tibbi təhsil  akademiyasının “nefrologiya və efferent terapiya kafedrasında” 2 illik kliniki-ordinatura təhsili alaraq nefroloq ixtisasına yiyələnmişdir.
01.12.2006-09.04.2012-cı illər ərzində Bakı ş. 3 N-li ŞKX-nın Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 

2012-ci ildən Həkimləri Təkmilləşdirmə institutunun nefrologiya kafedrasının dissertantıdır. 5 ildən çoxdur ki, hemodializ müalicəsi alan xəstələrin problemləri ilə əlaqədar elmi araşdırmalar aparır. Bu iş üzrə 14-dən çox respublika və xarici jurnallarda dərc edilmiş elmi məqalənin, 1 metodik vəsaitin həmmüəlifidir. Dəfələrlə öz ixtisası üzrə Bakı, Moskva, Tiflis şəhərlərinin qabaqcıl klinikalarında bilik və bacarığını artırmaq məqsədilə qısamüddətli kurslarda iştirak etmişdir. Mütəmadi olaraq nefrologiya hemodializ və transplantologiya üzrə Avropa ölkələrində, Rusiyada, MDB-nin digər şəhərlərində keçirilən elmi-praktik konfranslarda iştirak edir.

Rüfət Əhədov 10.04.2012-ci il tarixdən DİN-in general-leytenant A.Heydərov adına respublika hospitalının hemodializ şöbəsinin rəisi vəzifəsində çalışır. 


 

 Mirzəyev Azər Əmrəli oğlu.

 Tibb xidmətı kapitanı DİN-in A.Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsinin həkim-nefroloqu.

1994-2001-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini  müvəffəqiyyətlə bitirmişdir. 2004-2006-cı illərdə “Reneks” ozəl tibb müəsissəsində hemodializ həkimi kimi fəaliyyət göstərdikdən sonra, 2006-cı ildən 2012-ci ilədək Bakı şəhəri M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasının Hemodializ şöbəsində şöbə müdiri vəzifəsində çalışmışdır.

2012-ci ilin oktyabr ayından DİN-in Respublika Hospitalında xidmət gostərir. Bir neçə elmi məqalənin müəllifidir. Dəfələrlə keçirilən yerli və beynəlxalq elmi konfransların iştirakçısı və məruzəçisi olmuşdur. Hal hazırda da elmi fəaliyyətini davam etdirməkdədir.


 

 

 

 

 

 

 

 

Virtual Karabakh Justice for khojaly