Anesteziya və Əməliyyat bloku

Adekvat anesteziya – klinikanın fəaliyyətinin əsas göstəricilərindən biridir.

Hospitalın Anesteziologiya və əməliyyat şöbəsi dünyanın aparıcı ölkəlırinin tanınmış şirkətlərinin tibbi avadanlıqları ilə təchiz olunmuşdur. Şöbənin əməkdaşları yeni quraşdırılmış avadanlıqlarla işləməyi tam mənimsəmiş, Bakı şəhərinin və xarici ölkələrin qabaqcıl klinikalarında təcrübi kurslar keçmiş, şirkətin əməkdaşları ilə birlikdə monitorinqlərdə iştirak etmişlər.

Şöbənin maddi-texniki təminatı, kadrların hazırlığı imkan verir ki, sutkanın istənilən vaxtında 4-5 təxirəsalınmaz əməliyyat və eyni zamanda sutkada 6 cərrahiyyə otağında 20-dən artıq cərrahi əməliyyat aparmaq mümkün olsun.

Əməliyyat otaqları hər biri aparılan əməliyyatlara görə uyğun avadanlıqlarla təchiz olunmuşdur (uroloji, oftalmoloji, təmiz və irinli cərrahiyyə, LOR, travmatoloji). 

TUR endoskop dəsti (KARL ŞTORZ - Almaniya)

Mikroskoplar ( LEİKA - oftalmoloji və LOR - ABŞ)

Litotriptor (ALYANS MEDİKAL)

Mikroskop - neyrocərrahi (ZEİSS OPMİ VARİO - Almaniya)
Faco Emulsikator (ALKON)
Mobil rentgen aparatı (PHİLİPS)
Cərrahi ultrason skalpel (Almaniya)
Sleep monitor (Almaniya)
Elastik sistoskop və s. (Almaniya)
Əməliyyat otaqlarının hər birində pultlu əməliyyat masaları (Almaniya və Türkiyə)
Koaqulyatorlar ("Sörinq"-Almaniya),
Kardiomonitorlar ("Philips"-Almaniya),
Defibrilyatorlar (Almaniya),
İnfuzomatorlar ("ARCUS-600S" -Almaniya),
Volumetrlər ("ARCUS-707" -Almaniya) və s. avadanlıqlar yerləşdirilib.

Əməliyyat otaqlarında olan ən müasir kardiomonitorlar (Siemens-Almaniya) xəstələrin ən vacib olan ürək-qan damar sistemi parametrlərinin dinamikasının nəzarətdə saxlanmasına imkan verir (arterial təzyiq, nəbz, kardioqramma, bədən temperaturu və s.)

Blokda quraşdırılmış qaz-hava sistemi mərkəzləşdirilmiş xəttlə bir neçə nöqtədən divarlarda və tavanda quraşdırılmış xüsusi qurğu vasitəsilə verilir.

Buradan verilən hava (400-700 atmosfer) oksigen və azot 1 oksid borularla narkoz aparatlarına çatdırılır.
Narkoz aparatları - Heinen Löwenstein "LEON" - Almaniya modeli əməliyyat zamanı süni tənəffüs aparılmasını, inhalyasion anestetiklərlə istifadəni təmin edir.

Xəstəliyin ağırlıq və həyati vacib parametrlərin pozğunluq dərəcəsindən asılı olaraq adekvat, az təhlükəli və minimal toksiki narkozun seçilməsi vacibi şərtdir. Bununla əlaqədar müxtəlif cərrahi patalogiyalarda kombinəedilmiş narkozlardan geniş istifadə edilir. Məsələn: 1) Epidural blokada və venadaxili anesteziya; 2) Spinal-epidural anesteziya; 3) Uzadılmış yüksək epidural blokada; 4) spinal və endotraxeal narkoz və s. Ehtiyac olduqda bəzi neyrocərrahi (beyin daxili şişlər, anevrizmlər və s.); uroloji (böyrək rezeksiyası, prostatın böyük həcmli adenoması); otorinolarinqoloji endoskopik əməliyyatlarda idarə olunan medikamentoz hipotoniya yaradılır.                                   

Üzərində olan monitor xəstənin bir neçə həyati vacib parametrlərinin dinamik nəzarətini mümkün edir. Bunlardan xəstəyə ötürülən və xəstədən qayıdan hava kütləsinin miqdarı və tərkibi (oksigen və karbon qazı) əksini tapır. Ağciyərlərin və döş qəfəsinin müqavimətini göstərən və bununla xəstənin əməliyyat zamanı əzələ relaksasiyasını, narkozun dərinliyini əks etdirən bir neçə parametrləri göstərir.
Əməliyyat blokunda aseptika, antiseptika, sterilizasiya qaydalarına lazımi səviyyədə riayət olunur.