Oftalmologiya

Hospitalın Oftalmologiya şöbəsi ən müasir avadanlıqlarla təchiz olunmuşdur.  

Yaponiyanın “TOPCON” firmasının son model cihazları göz xəstəliklərinin diaqnostikasında, profilaktikasında, müalicəsində böyük rol oynayır.

“FOROPTER” çoxfunksiyalı olmaqla xəstənin görməsini yoxlamağa, eynəyin təyin edilməsinə imkan verir. 

Biomikroskop gözün ön və arxa seqmentini müayinə etməyə imkan verir. 

Avtoreftometr gözün refraksiyasını ölçür və dəqiq eynək təyin edir. 

“Pnevmotonometr” vasitəsilə gözə təmas etmədən, gözdaxili təzyiqi ölçmək olur.

Almaniyanın “VOLK” firmasının 78 dpt asferik linzası və “Reister” firmasının oftalmoskopu ilə göz dibi müayinə olunur. 

“ALKON” firmasının “LAUREAT” fakoemulsifikator cihazı ilə kataraktaların ən son üsulla cərrahiyyəsini aparmaq olur. 

Göz müayinəsi - görmənin müəyyən edilməsi məqsədi ilə ardıcıl şəkildə aparılan müayinələrdən ibarətdir.

Müayinənin düzgün şəkildə aparılması üçün ilkin olaraq görmə səviyyəsi müəyyən edilməlidir. Göz xəstəliklərinin meydana gətirdiyi şikayətlərdən ilk yerdə duranı görmə qabilliyyətinin zəifliyidir.

Normal göz müayinəsi 4 (dörd) mərhələdən ibarətdir:

1. Görmə itiliyinin və refraksiyanın yoxlanılması;

2. Biomikroskop ilə ön seqmentin müayinəsi;

3. Göz dibinin müayinəsi;

4. Göz təzyiqinin ölçülməsi;

1. Gözdə miopiya, hipermetropiya və astiqmatizm görmə zəifliyinin ən böyük səbəblərindəndir. Sadaladığımız göz qüsurları ümumiyyətlə hər iki gözdə mövcud olur. Bəzən bir göz normal (sağlam) olduğu halda, digərində qüsur ola bilər. Bəzən isə iki gözün hər birində fərqli qüsurlar mövcud olur.Göz qüsurları eyni zamanda yaşa görə fərqli olur. Göz müayinəsinin əsas məqsədi sadəcə göz qüsurlarının təyini deyil, eyni zamanda xəstəyə düzgün müalicə növünün tətbiqi üçündür (eynək; kontakt linza;əməliyyat və ya lazer əməliyyatı kimi...).

2. Biomikroskopik müayinədə gözün ön hissəsində qapaqlar, kirpiklər,konyunktiva,buynuz qişa(kornea), sklera,qüzehli qişa (iris),göz bəbəyi, billur və şüşəvari cism(vitreus) kimi strukturların qiymətləndirilməsi aparılır. Gözdəki şikayətlər diqqətdən qaçırılmamalıdır. Erkən müdaxilə ilə irəlidəki daha ağır göz problemlərindən qorunmaq mümkündür. 

3. Gözə göz bəbəklərini  genişləndirən damcı  tökərək təxminən 30 dəqiqə gözlədikdən sonra göz dibi (retina damar və sinir) müayinəsi aparılır. 

4. Göz təzyiqinin müntəzəm olaraq ölçülməsi vacibdir.  

 Sadəcə bir göz müayinəsi  ilə xəstənin heç bir şikayəti olmadığı halda gizli olan problemləri təyin etmək mümkündür.

Qlaukoma

Qlaukoma (xalq arasında göz təzyiqi olaraq da adlandırılır). Əsasən 40 yaşdan sonra meydana çıxan, ümumiyyətlə illər ərzində inkişaf edərək, görmə qabiliyyəti üçün əhəmiyyətli olan göz sinirinə zərər verən bir xəstəlikdir. Qlaukomada görmə itkisi baş verdikdə geriyə dönüş şansı yoxdur. Bu səbəblə xəstəliyi erkən olaraq meydana çıxarmaq və müalicə çox əhəmiyyətlidir. Xəstəliyin erkən müəyyən olunması üçün  diqqətli göz müayinəsi əsas şərtdir. 

Katarakta  nədir?

Katarakta-gözə daxil olan işıq şualarını toplayan təbii billurun  öz şəffaflıgını itirməsidir. Şəffaflıgını itirən billur buzlu şüşə kimi olur və görmə qabiliyyəti zəifləyir. Fokussuz  və bulanıq görmə ilə bərabər göz yorgunlugu və baş agrısı xarakterik şikayətlərdəndir. Katarakta ümumiyyətlə ahıl yaşlarda əmələ gələn xəstəlikdır. Bununla bərabər yeni dogulan körpələrdə, diabetik xəstələrdə, gözdaxili iltihablardan sonara yarana bilər.   

Katarakt inkişafının dayandırılması və ya geriyə döndərilməsi müalicə ilə (əməliyyatsız) mümkün deyil. Kataraktın tək müalicə növü – cərrahidir. Kataraktı olan mövcut billur göz içindən çıxarılaraq yerinə şəffaf linza yerləşdirilir. Daha öncə kataraktın aradan qaldırılması üçün adətən tikişli üsül istifadə olunurdu. Bu üsulla əməliyyat daha çox vaxt aparır və əməliyyatdan sonra batma, yanma və bulanıq görmə kimi şıkayətlər daha çox olurdu. Bu köhnə üsulda təkrar tikişlərin sökülməsi lazım olurdu. Artıq günümüzdə müasir üsullar inkişaf etdi.

Fakoemulsifikasiya deyilən ən müasir katarakt cərrahiyyəsi növündə buynuz qişadan çox qısa bir kəsikdən göziçinə alətlə girilərək ultrason enerjisi ilə billur çox kiçik parçalara bölünərək vakumla çəkilir. Bu kiçik kəsikdən gözə uyğun linza yerləşdirildikdən sonra tikiş qoyulmadan əməlıyyat tamamlanır.Fakoemulsifikasiya üsulu, geniş bir kəsik olmadığı və qapalı sistemdə çalışıldığı üçün erkən dövrdə görmə səviyyəsini artıran olduqca güvənli fəsadı çox az olan bir üsuldur. Əməliyyatdan sonra gözdən tikiş sökülmür.