Cərrahiyyə

Hospitalın cərrahiyyə şöbəsi haqqında.

 Hospitalın cərrahiyyə şöbəsi Azərbaycanda müxtəlif mürəkkəblikdə aparılan cərrahiyyə əməliyyatlarına görə qabaqcıl yeri tutur. Bu şöbədə çalışan cərrahlar Almaniya, Rusiya, Türkiyə kimi ölkələrin universitet klinikalarında ixtisasartırma kurslarında olmuşlar və onlar tərəfindən qarın boşluğunda və döş qəfəsində dünyada mövcüd olan bütün endoskopik və iri həcmli açıq cərrahiyyə əməliyyatları mükəmməl yerinə yetirilir.

Cərrahiyyə şöbəsi Azərbaycan Respublikasının bir əməkdar həkimi, tibb elmləri namizədi və ali kateqoriyalı yüksək elmi potensialı olan həkimlərdən ibarətdir. Hospitalın cərrahiyyə şöbəsində 10 profil üzrə hər il 1000-ə qədər müxtəlif istiqamətlərdə əməliyyatlar aparılır: abdominal, torakal, ginekoloji əməliyyatlar, neyrocərrahiyyə, müasir rekonstruktiv və mikrocərrahi texnologiyalar tətbiq olunur.Cərrahiyyə şöbəsində və əməliyyat blokunda olan müasir müalicəvi və diaqnostik avadanlıq Ethicon, Olympus, Karl Storz tibbi avadanlıq istehsalçıları tərəfindən təchiz olunmuşdur və cərrahiyyə əməliyyatlarının uğurla yerinə yetirilməsinə şərait yaradır.

Cərrahiyyə şöbəsində aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.

 

  • Qaraciyərin yeni törəmələri (bəd xassəli şişlər, exinokokk sistləri, abseslər və s.) zamanı aparılan  açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Qaraciyərin bədxassəli törəmələrinin radiotezlikli ablasiyası.
  • Qaraciyər sirrozlarının cərrahi müalicəsi.
  • Öd kisəsi və öd yollarında vizual xolangioskopiya və rentgenolioji xolangioqrafiya manipulyasiyaları ilə birgə aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Öd daşı xəstəliyi və onun ağırlaşmalarının (xoledoxolitiaz, mexaniki sarılıq, kəskin forma xolesistitlər) açıq və laparoskopik üsulla cərrahi müalicəsi.
  • Qaraciyərin USM altında biopsiyası və öd yollarının kateterizasiaysı.
  • Mədəaltı vəzin açıq və ya laparoskopik üsulla tam və hissəvi çıxarılması.
  • Dalağın tam və ya hissəvi olaraq açıq və ya laparoskopik üsulla çıxarılması.
  • Qida borusunun, mədə və onikibarmaq bağırsağın, nazik və yoğun bağırsağın, böyrəküstü vəzlərin xəstəlikləri və şişləri zamanı aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Laparoskopik appendektomiya.
  • Diafraqmanın qida borusu dəliyinin yırtıqlarının açıq və laparoskopik plastikası.
  • Diaqnostik laparoskopiya və torakoskopiya.
  • Döş qəfəsində, divar aralığında, ağ ciyərlər üzərində aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Peritonarxası sahənin törəmələrinin açıq və ya laparoskopik üsulla radikal çıxarılması.
  • Qarının ön divarının birincili və cərrahiyyə əməliyyatından sonraki yırtıqların meşlərlə  açıq və laparoskopik üsulla plastikası.
  • Ginekoloji açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması.
  • Aşağı ətrafların varikoz genişlənmiş venalarının lazer ablasiyası, skleroterapiya, çıxarılması.
  • Abdominoplastika.
  • Piylənmənin cərrahi müalicəsi (biliopankreatik şuntlama, qastroplastika, mədə bandajlarının qoyulması).
  • Düz bağırsağın və anal kanalın cərrahi xəstəlikləri (hemorroidal düyünlərə lateks həlqələrin qoyulması, lazer və liqaşur hemorroidektomiya, Lonqo üsulu rektoselenin cərrahi korreksiyası, pararektal fistullaların ləğvi, anal çatın və kondilomaların  konservativ və cərrahi müalicəsi).