Otorinolarinqologiya (LOR)

DİN-in A.Heydərov adına Respublika Hospitalının otorinolarinqologiya şöbəsi müasir standartlara cavab verən, yalnız avropa istehsalı olan tibbi alət, avadanlıq və cihazlarla təchiz edilmişdir.

Bunun nəticəsi olaraq qulaq, burun, boğaz xəstəliklərinin müayinə və müalicəsi daha effektiv, tez, xəstə üçün rahat və komfortlu bir şəkildə aparılır.

Endoskopik müayinə otağında Italiyanın “Euroclinic” LOR-kombaynı qulaq, burun, boğaz və səs tellərində olan patoloji dəyişikliyi monitorda izləmək imkanını verir.

Bunun ücün gorüntü monitora 0, 30 və 70 dərəcəli sərt endoskoplarla kamera vasitəsi ilə ötürülür. Qeyd etdiyimiz müxtəlif dərəcəli sərt endoskoplar LOR-üzvlərin incə strukturlarını 0, 30 və 70 dərəcə bucaqlar altında izləmək imkanını yaradır.

Bundan əlavə Almaniyanın “Karl Storz” çevik endoskopu burun, burun-udlaq, udlaq və qırtlağın monitorda görüntülənməsi ilə yanaşı işlək kanal vasitəsi ilə bu üzvlərdə qalan yad cisimləri (balıq sümüyü və s.) xüsusi tutucu ilə xaric etmək imkanını verir.