Fizoterapiya

Fizioterapevtik müalicə

 Təbii amillərdən istifadə edərək müxtəlif xəstəliklərin müalicəsi bəşər övladının yaranma tarixindən başlayır. Tarixi qaynaqlar göstərir ki, hələ eramızdan qabaq qədim insanlar bir sıra xəstəlikləri,bədəndəki zədələnmələri isti və soyuq kompreslərlə, dəri mədə-bağırsaq xəstəliklərini isə yumaq və imalələrlə müalicə edirmişlər.  Ulu əcdadlarımız manual terapiya və akupunktura kimi adlandırılan müalicə üsulunun elementlərindən istifadə edərək dayaq-hərəkət, sinir sisteminin və müxtəlif dərman bitkilərinin inhalyasiyasın tətbiq etməklə tənəffüs yolları xəstəliklərinin müailicəsin aparırlarmış.

“Təbiət-xəstəliklərin həkimidir” – deyən Hippokrat müxtəlif xəstəliklərin müalicə və profilaktikasında günəş vanna larından, isti və soyuq su prosedurlarından, masajdan, müalicə idmanından və iqlimdən geniş istifadə edərmiş. Qədim Çin həkimləri dəridə müxtəlif kəsiklər aparmaq, iynə batırmaq, yanan siqarları bədənin müxtəlif yerlərinə toxundurmaqla müxtəlif xəstəliklərin sağalmasını sürətləndirimişlər.

Son on illikdə dünyanın inkişaf etmiş ölkələrində patogenetik təsirə malik olan fiziki üsullardan müalicə, reabilitasiya və profilaktika məqsədilə geniş istifadə olunmağa başlanmışdır. Ənənənvi müalicə üsulu olan farmakoterapiyadan istifadənin müəyyən çətinlikləri, yan təsirlərinin olduğu üçün təbii müalicə amillərinin işlənməsinə maraq artmışdır. Fiziki amillərlə müalicə maliyyə baxımından da əlverişlidir, yəni daha ucuz başa gəlir. Digər tərəfdən lazım gəldiyi hallarda dərman maddələri ilə kompleks şəkildə istifadə müalicə müddətini azaltmağa imkan verir.

DİN-nin A.Heydərov adına Respublika Hospitalının fizioterapiya şöbəsi dünyanın müxtəlif ölkələrinin (Almaniya, İtaliya, Rusiya, Türkiyə) ən yeni fizioterapevtik avadanlıqları ilə təchiz olunmuşdur. Həmin avadanlıqların hər biri elmi – texniki tərəqqi ilə əlaqədar, müasir kompyuter sistemi ilə nizamlanan, kombinə olunan aparatlardan ibarətdir. Bu aparatların köməyi ilə aşağıdakı fizioterapevtik müalicələri aparmaq mümkündür:

 

  • Ultrasəslə müalicə və Ultravinoforez;
  • Maqnitoterapiya;
  • Maqnit-lazer terapiyası;
  • Ultrabənövşəyi şüalarla müalicə;
  • İnhalyasiya;
  • Yerli darsonvalizasiya;
  • Parafin terapiya
  • Ozokerit terapiyası
  • Naftalan terapiyası
  • Yerli palçıq müalicəsi
  • Qalvanizasiya və dərman elektroforezi;
  • Sinusoidal modullaşmış cərəyanla müalicə;
  • Elektroyuxu terapiyası;
  • İnterferens terapiyası;
  • Pnevmomassaj;
  • Ultrayüksəktezlikli terapiya (УВЧ);
  • Onurğanın kompüter vasitəsi ilə dartılması və vibrasion masajı;
  • Akkupunktura və refleksoterapiya.