Rəhbərlik

Hospitalın rəisi Əkbərov Ramiz Fəzail oğlu.

 1979-1980 ci illərdə Azərbaycan Dövlət Tibb İnistutunun müalicə-Profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib, bir il cərrahiyyə üzrə internatura kursu keçmişdir.
1980-1983 cü illərdə Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı Rayon Mərkəzi Xəstəxanaında cərrah vəzifəsində fəaliyyət göstərmişdir.
1983-1985 ci illərdə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnistututunun Urologiya kafedrasında (Akademik M. Cavadzadənin klinikasında) 2 illik kliniki ordinatura kursunu bitirmişdir.
1985-ci ildən DİN-in Respublika Hospitalında uroloq, cərrahiyyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini kimi fəaliyyət göstərib. Hal-hazırda Hospitalın rəisidir. Azərbaycan Urologlar və Androloglar Cəmiyyətinin, Avropa Urologlar Cəmiyyətinin həqiqi üzvüdür. 20-dən artıq elmi-bədii-publisistik kitabların, 100-dən artıq elmi məqalənin, tezisin, səmərələşdirici təkliflərin müəllifidir. Tibb xidməti polkovniki, Respublikanın Əməkdar həkimidir. Tibb elmləri namizədi (2004), fəlsəfə elmləri namizədi (2009), Ali dərəcəli uroloq və səhiyyə təşkilatçısıdır. Səhiyyə əlaçısıdır. Bir çox beynəlxalq konfransların və qurultayların aktiv iştirakçısıdır.

Hospitalın müalicə işləri üzrə rəis müavini, Babaxanov İsbi Salman oğlu.

 1996-cı ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakultəsini  bitirmişdir.1996-1997-ci illərdə Bakı şəhəri 3 saylı Bakı şəhər Klinikasında nevrologiya üzrə kliniki internatura kursunu keçmişdir.

1999-cu ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın Nevrologiya Şöbəsində həkim-nevropatoloq vəzifəsində,2003-cü ildən həmin şöbənin rəisi, 2014-cü ildən Hospitalın Müalicə işləri üzrə rəis müavini  vəzifəsində çalışır.

2010-ci ildən Azərbaycan Tibb Universitetinin disertantıdır. 6 elmi məqalələrin, 1 metodik tövsiyyələrin müəlifidir. Dəfələrlə Avstriya, İspaniya və sairə ölkələrdə keçirilən nevrologiya üzrə Beynəlxalq seminarların iştirakçısı olub.
 

Virtual Karabakh Justice for khojaly