Reanimasiya və İntensiv Terapiya

Reanimasiya və İntensiv Terapiya

Şöbə 1992 ilin may ayından fəaliyyət göstərir. Şöbədə 18 çarpayı mövcuddur.

Şöbədə göstərilən xidmətlər  :

Aşağıdakı xəstəliklər zamanı diaqnostik-müalicəvi yardım:
 
  • Ürək-damar sistemi patologiyası (infarkt, aritmiya, kəskin ürək və damar çatışmamazlığı və s.)
  • Sinir sistemi patologiyası (insult, beyin infarktı, tromboemboliya və s.)
  • Trombolitik terapiya.
  • Tənəffüs sistemi patologiyası (tənəffüs çatmamazlığı, pnevmo və hidrotoraks və s).
  • Mədə-bağırsaq sistemi patologiyası (mədənin, bağırsağın, mədəaltı vəzinin kəskin patologiyası, mədə-bağırsaq qanaxması və s.).
  • Mürəkkəb əməliyyatlardan sonrakı vəziyyətdə olan xəstələr.
 
Şöbədə  birinci və ali dərəcəli, iş stajı ən azı 7 ildən az olmayan, müxtəlif xarici ölkələrin aparıcı klinikalarında işləmiş və təcrübə keçmiş həkim-reanimotoloqlar işləyir.

İntensiv terapiya palataları ən müasir, Hollandiyanın “Filips” şirkətinin, tənəffüs-narkoz  və mərkəzi hemodinamikanı müşahidə edən aparatlar, dərman dozatorları, rentgenoloji avadanlıq  ilə təchiz olunub, bu da müxtəlif ağırlıq dərəcəsində olan xəstələrə sutka ərzində keyfiyyətli yardım göstərilməsinə imkan verir. 

Şöbənin laboratoriyasında bütün spektrli qanın ümumi və biokimyəvi, həmçinin, qanın qaz tərkibi müayinə olunur. Sutka ərzində xəstələri təcrübəli həkim-reanimotoloq və tibb bacısı briqadası müşahidə edir.