Tariximiz

İllərin xronologiyası
 

1 dekabr 1964-cü ildə yaradılıb. 100 çarpayılıq və 90 nəfərə yaxın tibb işçisi olan hospitalda 3 şöbə (terapiya, cərrahiyyə və nevrologiya) və 7 həkim kabineti olub. 

1993-cü il - 1994-cü il. 260 çarpayılıq, 270 nəfərə yaxın tibb işçisi olan hospitalda 9 şöbə, 9 kabinet fəaliyyət göstərmişdir. Əvvəllər 7 nəfər əməkdaş zabit rütbəsi daşıyırdısa 1994-cü ildən başlayaraq hospitalın ştat cədvəlində dəyişikliklər edildi, zabitlərin sayı artırıldı, yeni şöbələr yaradıldı, bacarıqlı, savadlı tibb bacılarına xüsusi rütbələr verildi.

1988-1994-cü illərdə Respublikanın ağır günlərində cəbhə bölgələrində xəsarət almış minlərlə DİO əməkdaşlarına, Daxili Qoşunların hərbi qulluqçularına və mülki vətəndaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, onların reabilitasiyası, onlarla həkim zabitin cəbhə zonasında fəaliyyəti. Bir qrup yaralıların Almaniyada, Türkiyədə, İranda, Bolqarıstanda müalicəsinin davam etdirilməsinin təşkili.

1993-cü il oktyabr. Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyevin hospitalda Qarabağ müharibəsinin yaralıları ilə görüşü.

1993-1994-cü illər. Daxili İşlər Nazirliyinin ikinci hospitalının (Daxili Qoşunların) açılması və fəaliyyəti.

1994-cü ildə Daxili İşlər Naziri, general Ramil Usubovun rəhbərliyi ilə hospitalın yaradılmasının 30 illik yubiley tədbirləri.

1996-cı il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə görkəmli dövlət xadimi, Azərbaycanın sabiq Daxili İşlər Naziri, general-leytenant Arif Nəzər oğlu Heydərovun xatirəsi əbədiləşdirilərək Daxili İşlər Nazirliyinin Respublika Hospitalına A.N.Heydərovun adı verildi.

2007-ci il martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə hospitalın yeni binasının təməlqoyma mərasimi.

2009-cu il fevralın 25-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev cənablarının xeyir-duası ilə beynəlxalq standartlara cavab verən, ən inkişaf etmiş ölkələrdə mövcüd olan xəstəxanalardan geri qalmayan, bəlkə də onları qabaqlayan, ən müasir avadanlıqlarla təchiz olunmuş DİN-nin Respublika Hospitalının yeni binasının açılışı. 

2010-cu il iyunun 30-da Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Hospitalın nəzdində Stomatoloji Mərkəzin və DİN-nin 1 saylı Poliklinikasının yeni binasının açılışı.

2013-cü ilin yanvarında Hospitalın nəzdində Hemodializ şöbəsinin açılışı.

2014-cu il. Hal-hazırda hospitalda çarpayı fondu 360-a çatdırılmış (o cümlədən Şamaxı Müalicə-Bərpa Mərkəzində 40 çarpayı), 100-dən artıq həkim, 20 şöbə; 2 mərkəz, 1 bölmə və 6 yardımçı xidmət sahəsi fəaliyyət göstərir; 2 tibb elmlər doktoru, onlardan,  biri professor; 10 tibbi elmləri namizədi, onlardan biri dossent, 7 dissertant; 20-dən artıq ali dərəcəli həkim, 25-ə yaxın ali dərəcəli tibb bacısı öz vəzifə və peşə bacarıqlarını layiqincə yerinə yetirirlər. Hospitalda xidmət edən 4 həkim Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Respublikanın Əməkdar Həkimi” fəxri adına layiq görülmüş, bir həkim Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmrilə “Səhiyyə Əlaçısı” medalı ilə təltif edilmişdir. Əməkdaşların bir qismi Avropanın, Turkiyənin, Rusiyanın qabaqcıl klinikalarında təcrübi kurslar keçmiş və fəaliyyət göstərmişlər. 

Bu gün müasir tibb müəssisələrindən biri sayılan, zəngin maddi texniki bazaya malik olan hospital polis əməkdaşlarının, onların ailə üzvlərinin, təqaüdçülərinin, mülki işçilərinin sağlamlığının qorunması isiqamətində Azərbaycan Respublikasının Prezidentinin və DİN-nin rəhbərliynin diqqət və qayğısının parlaq təzahürüdür. Belə bir hospitalda işləmək hər bir əməkdaşın qarşısında böyük məsuliyyət hissi, peşə və vəzifə borcunun yüksək səviyyədə yerinə yetirilməsi məsələsini qoyur. 

DİN-nin hər bir əməkdaşına, onun ailə üzvlərinə, təqaüdçüsünə və mülki işçisinə yüksək qayğı və tibbi kömək göstərən təcrübəli, elmli və qayğıkeş tibb ailəsi hər bir vətəndaşa öz köməyini əsirgəmir.

Virtual Karabakh Justice for khojaly