Endoskopist

 

 Məmmədova Rəşidə Neymət qızı – tibb xidməti kapitanı, Azərbaycan Respublikası DİN-in A.Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin həkim-endoskopisti.

1998-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakultəsini bitirmişdir. 1998-1999-ci ildə akademik M.Qasımov adına  Respublika Xəstəxanasında internatura kursunu bitirmişdir.

 2000-ci ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsində həkim-endoskopist vəzifəsində çalışır.

2002-ci və 2006-ci illərdə Bakı şəhəri Həkimlər Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursları keçmişdir.





 

 

 

 

 

 

 

 

 

 

Sadiqova Lalə Babək qızı – Azərbaycan Respublikası DİN-in A. Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin həkim-endoskopisti.

2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsini bitirmişdir. 2005-2006-ci ildə 5 saylı Kliniki Xəstəxanasında internatura kursunu bitirmişdir.  

2006-2011-ci illərdə Ə.D.Məlikov adına 6 saylı BŞX, 2011-ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsində həkim-endoskopist vəzifəsində çalışır.

2011-ci ildə Russiya Qastroenterolojı İnstitutunuda, 2012-ci ildə Almaniya Manhaym Tibb universitetində, 2013-cü ildə Avstriya “GRAZ” Tibb Universitetində ixtisasartırma kursları keçmişdir. Çoxsaylı elmi məqalələrin həmmüəllifidir.

 

 

 


Virtual Karabakh Justice for khojaly