Hernioplastika

Hernioplastika dünyada ən çox icra olunan əməliyyatlardan hesab olunur.
ABŞ-da hər il 600000-ə qədər bu tip əməliyyatlar icra olunur.

Müxtəlif ədəbiyyatlara görə qasıq yırtıqları ilə əlaqəodar əməliyyatlardan sonra 10 - 20 % hallarda yırtığın yenidən yaranması müşahidə edilir.

 Cərrahiyyə əməliyyatından sonraki dövrdə xəstələr 5 – 8 gün müddətində stasionar müalicədə olur, adi həyat tərzinə 6 – 8 həftədən sonra qayıdırlar. 80-ci illərin sonundan endocərrahiyyə metodikalarının və innovassion texnologiyaların bu tip əməliyyatlarda tətbiqindən sonra qarının ön divarının yırtıqları zamanı müxtəlif sintetik torlarla aparılan laparoskopik əməliyyatlardan sonra yırtığın yenidən əmələ gəlmə ehtimalı 3 %-ə qədər endirilmişdir, əmək qabiliyyətinnin tam bərpası və aktiv həyata qayıdış isə 2-3 həftəyə qədər olmuşdur.

Dünyanın bir çox klinikalarında bu tip əməliyyatlar artıq ambulator şəkildə aparılır.

Virtual Karabakh Justice for khojaly